Cavaxeti | |
---|---|
41°24′01″ şm. e. 43°29′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 3.300 m |
Vikianbarda əlaqəli mediafayllar |
Cavaxeti[1][2] və ya Cavaxetiya[3] (gürc. ჯავახეთი, erm. Ջավախք)[4][5] — Gürcüstanın cənubunda tarixi vilayət. Vilayətin əraziləri Axalkalaki, Aspindza (qismən), Ninotsminda bələdiyyələri və qismən də Türkiyənin Ərdahan vilayətini əhatə edir. Cavaxeti tarixən qərbdən Kür çayı ilə, şimaldan Şavşeti dağı ilə, cənubda Samsari dağı ilə və şərqdə Niyaliskuri dağı ilə həmsərhəddir. Bu vilayətdəki əsas iqtisadi fəaliyyət kənd təsərrüfatıdır.
1995-ci ildə Axalkalaki və Ninotsminda rayonları qonşu Samtsxe diyarı ilə birləşdirilərək Samtsxe-Cavaxeti adlanan yeni bir inzibati vilayət yaradılmışdır. 2020-ci ilin yanvar ayında əldə olunan məlumata görə, Samtsxe-Cavaxetinin ümumi əhalisi 152,100 nəfərdir.[6] Vilayət əhalisinin əksəriyyətini ermənilər təşkil edir. 2014-cü ildə Gürcüstanda keçirilən əhalinin üsiyahıyaalınmasına görə, Axalkalaki bələdiyyəsində yaşayanların 93%-i (41,870) və Ninotsminda bələdiyyəsində yaşayanların 95%-i (23,262) ermənilər idi.[7]
...Javakheti (called Javakhk by Armenians).
...Georgian region of Javakheti (Armenian Javakhk)...